ƏLİABAD – Azәrb. Resp. Lerik r-nunda kәnd. Əliabad ә.d.-nin (Əliabad, Camaşәir, Gürdәsәr, Soru k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 8 km şm.-da, Alaşa çayının (Lәnkәran çayının qolu) sahilindәdir. Əh. 420 (2015); heyvandarlıq vә qismәn әkinçiliklә mәşğuldur. İbtidai mәktәb, klub, poçt, xәstәxana, ATS var. Kәnd әrazisindә 14–18 әsrlәrә aid yaşayış yeri mövcuddur.