ƏLİABADTƏPƏ – İranın c.-q.-indә, Musian ş. yaxınlığında Tunc dövrünә (e.ә. 4-cü minilliyin sonu – e.ә. 3-cü minilliyin әvvәli) aid yaşayış yeri. 20 әsrin әvvәllәrindә fransız arxeoloji ekspedisiyası tәrәfindәn tәdqiq edilmişdir. Ə.-dә nekropol tapılmışdır; düzbucaqlı çalalarda sallama qәbirlәr vә çiy kәrpicdәn hörülmüş mәzarlıqlar xüsusi maraq doğurur. Cüt vә tәk dәfn yerlәri aşkar edilmişdir. Sallama qәbirlәrdә dәfn olunanların hәsirә bükülmüş sümüklәrinә rast gәlinmişdir. Bәzi qәbirlәr zәngin avadanlığı (boyalı, o cümlәdәn qara vә qırmızı naxışlı keramika, kirәcdәn vә daşdan qablar, dәndaşı, mis әşyalar, saplaqlı nizә ucluqları, tunc silahlar, saplama dәliyi olan baltalar, üzüklәr, bәzәklәr, lacivәrd başlıqlı sancaqlar, silindrik möhürlәr vә s.) ilә seçilir. Qәbirlәr quruluşuna görә Ur sәrdabalarını xatırladır. Ə. maddi mәdәniyyәti Suz mәdәniyyәtinә vә Türkmәnistanın c.-unda Tunc dövrünә aid arxeoloji mәdәniyyәtә yaxındır.