ƏLİAĞALI – Azәrb. Resp. Ağdam r-nunun Əlimәdәtli ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 16 km şm.-q.-dә, Xaçın çayının sahilindә, Qarabağ silsilәsinin şm.-ş. әtәyindәdir. Əh. 2209 (2015); işğaldan (1993, iyun) әvvәl taxılçılıq, heyvandarlıq, üzümçülük vә bağçılıqla mәşğul olmuşdur. Orta mәktәb, uşaq bağçası, mәdәniyyәt evi, tibb mәntәqәsi var idi.