ƏLİAYAĞI ZİYARƏTGAHI, Qәdәmgah – Bakı ş. Xәzәr r-nunun Buzovna qәs.-ndә ziyarәtgah. Dәniz sahilindәn 500 m aralı, qәs.-nin ş.-indә yerlәşir. Rәvayәtә görә, Əli ibn Əbu Talib bir dәstә süvarilә orada olmuş, bir ayağını üzәngidә saxlayıb atdan enmiş, bu zaman qayanın üstündә onun bir ayağının izi qalmışdır. İlk dәfә Şeyx Kәrbәlayı Əliyar adlı şәxs burada qәdәmgah (ayaq izi) içәridә qalmaqla mәscid vә karvansara inşa etdirmişdir. Ziyarәtgah 1861 ildә Qafqaz canişinliyindә 12647 siyahı nömrәsilә qeydә alınmışdır. 1930-cu illәrdә ziyarәtgah әrazisindә, qәdәmgah istisna olmaqla, bütün tikililәr da-
ğıdılmış, yalnız 1987–93 illәrdә yerli әhali
tәrәfindәn yenidәn bәrpa edilmişdir. Ziyarәtgah hazırda qәdәmgah üzәrindәki dairәvi planlı günbәzli tikilidәn, mәsciddәn vә içәrisindә mәdrәsә, kitabxana, mәrasim zalı olan ikimәrtәbәli binadan ibarәtdir.