ƏLİAYAQLI, Madaqaskar әli ayaqlısı, aye-aye (Daubentonia madaqascariensis) – yarımmeymunlar yarımdәstәsindәn mәmәli heyvan. Əliayaqlılar fәsilәsinin yeganә növü. Bәdәninin uz. 40 sm, quyruğunun isә 60 sm-dir. Başı böyük, üzü qısa, qulaqları iri, dәrilidir (qalındır). Quyruğu yumşaq tüklüdür. Yununun rәngi tünd qәhvәyidәn qaraya qәdәr olur.
Arxa әtrafları ön әtraflardan uzundur. Bütün barmaqları dırnaqlıdır, yalnız pәncәsindәki iri baş barmağı yastıdırnaqlıdır. Əlindәki orta barmağı çox nazik vә uzundur (Ə. ağac qabığı yarıqlarından vә s. yerlәrdәn cücülәri bu barmaq vasitәsilә çıxarır). 18 dişi var; iri qabaq dişlәri daim böyüyür. Madaqaskar a.-nın ş.-indәki yağışlı meşәlәrin cәngәlliklәrindә yaşayır. Gecә hәyat tәrzi keçirir. Cüt-cüt vә ya tәk yaşayır. Manqo ağacının, kokos palmasının meyvәlәri, bambuk, şәkәr qamışının özәyi, ağac böcәklәri vә sürfәlәri ilә qidalanır. Koğuşlarda vә ya yuvalarda yatırlar. Sayı çox azdır.