Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏLİAYAQLILAR

    ƏLİAYAQLILAR (Daubentoniidae) – Madaqaskar әliayaqlısı, yaxud aye-aye (Daubentonia madagascariensis) adlı yeganә növü olan yarımmeymunlar fәsilәsi. Avropanın vә Şimali Amerikanın Paleosen vә Eosen qazıntılarından mәlum olan Plesiadapidae yarımmeymunlar fәsilәsinin qazıntılarına oxşardır. Xarici görünüşünә görә primatlara bәnzәmir (әvvәllәr onlar gәmiricilәrә aid edilirdi, yalnız 1860 ildә lemurların ümumi kökündәn ayrılmış bir qol olduğu müәyyәnlәşdirildi). Bәdәninin uz. tәqr. 40 sm, yumşaq tüklü quyruğu 60 sm-dir. Tük örtüyü cod, qara, yaxud qonur rәngdәdir. Başı böyük, iri qulaqları dәrilidir. Dişlәri 18, yaxud 20 әdәd olub, kәsici dişlәr iri, әyilmiş, gәmiricilәrdә olduğu kimi daim böyüyәndir. Əllәrindә baş barmaq qalan barmaqlara uyğun deyildir. Baş barmaqların dırnaqları yastı, o birilәrinki caynaqşәkillidir. Əlin orta barmağı nazik vә uzundur; heyvan bu barmaqla ağac qabığı çatlarındakı cücülәri çıxarır. CәnubiŞәrqi Madaqaskarın sahilboyu meşәlәrindә rast gәlinir. Bambuk cәngәlliklәrindә, yaxud sıx (qalın) manqr meşәlәrindә tәk-tәk, ya da cüt-cüt yaşayır. Budaqlar üzәrindә sıçramaqla, tullanmaqla hәrәkәt edir. Adәtәn, sakitdir. Cücülәrdәn başqa, ehtimala görә quş yumurtaları, hәmçinin bitkilәrlә (manqo meyvәlәri, bambuk vә şәkәr qamışının cavan zoğlarının özәyi ilә) qidalanır. Mәhvolma hәddinә yaxındırlar, sәbәbi tәbii yaşayış yerlәrinin yox olmasıdır. 1867 ildә Nuci-Manqabe a.-dakı Antungila buxtasında Ə. üçün rezervat (qoruq) yaradılmışdır. BTMİ-nın “Qırmızı kitab”ına daxil edilmişdir.

    Мадагаскар ялиайаглысы
    (Daubentonia madagascariensis).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç