ƏLİBABA PİRİ – Bakının Türkan qәs.-ndә köhnә qәbiristanlıqda pir. İki otaqdan ibarәt olmuşdur. Hazırda әvvәlki görkәmindә qalmamışdır. Otaqların ümumi sahәsi 31 m2-ә yaxındır. Sol tәrәfdәki otaqda iki cәrgә daşla tikilmiş kitabәsiz qәbir var. Baş fasadda inşaat kitabәsi әvәzinә, giriş qapısından sağda içәridәki qәbirlәrdәn gәtirildiyi ehtimal edilәn başdaşı hörülmüşdür. Başdaşında “xoşbәxt şәhid” kimi sәciyyәlәndirilәn şәxsin adı vә tarix pozulmuşdur. Ehtimal ki, dәfn olunan şәxs sufiliklә bağlı olmuş vә 13 әsrdә fәaliyyәt göstәrmişdir.
Əd.: Mәşәdixanım Nemәt. Azәrbaycanda pirlәr. B., 1992.