ƏLİBABALILAR – Azәrb. tayfalarından biri. Əsasәn, Cәnubi Azәrbaycanda (Savalan d.-nın c.-ş. әtәklәrindә) – Ərdәbil әtrafında, Meşkindә, Xalxalda, Bilәsuvarda, Qaradağda, Qarasu çayı vadisindә, qismәn dә Qәzvindә, Muğanda yaşayırlar. Şimali Azәrb.-nın c.-da köçәri hәyat tәrzi keçirәn, lakin tәdricәn oturaq hәyata (әsasәn 19 әsrin sonundan) keçәn qәdim şahsevәnlәr etnoqrafik qrupuna daxil olan türkmәnşәli tayfalardan biridir. Maldarlıq, toxuculuq (şal, cecim, xalça, palaz, keçә, yun corab vә s.), qismәn dә әkinçiliklә mәşğuldurlar (bax hәmçinin Şahsevәnlәr).