ƏLİBƏYQIŞLAQ – Azәrb. Resp. Quba r-nunun Vladimirovka ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 11 km şm.-da, Bakı–Rostov avtomobil yolundan 2 km aralı, Quruçayın sahilindә, Qusar maili düzәnliyindәdir. Əh. 1091 (2015); әkinçilik, meyvәçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, klub, kitabxana, tibb mәntәqәsi, mәscid var.