ƏLİBƏYLİ Hәsәn Cahangir oğlu (1935, Bilәsuvar r-nu –28.11.2018, Bakı) – Azәrb. tarixçisi, tarix e.d. (1989), prof. (2010). Azәrb Dövlәt Un-tini bitirmişdir (1958). Əfqanıstanda fars dili mütәrcimi, Əfqanıstan üzrә ekspert (1959–63), Azәrb. SSR EA Şәrqşünaslıq İn-tunda elmi işçi, baş elmi işçi, şöbә müdiri (1967–92), Azәrb. Resp.-nın İran İslam Resp.-ındakı sәfirliyindә müşavir, müvәqqәti işlәr vәkili (1992–95) vәzifәlәrindә çalışmışdır. 1996 ildәn pedaqoji fәaliyyәt göstәrmiş, Azәrbaycan Un-tindә kafedra müdiri, Diplomatiya kollecindә kafedra müdiri, prorektor olmuş, BDU-da dәrs demişdir. 2003 ildәn AMEA-nın Fәlsәfә vә Hüquq İn-tunda şöbә müdiri işlәmiş, 2016 ildәn A.A.Bakıxanov ad. Tarix İn-tunda beynәlxalq münasibәtlәr tarixi şöbәsinә rәhbәrlik etmişdir. 100-dәn çox elmi әsәrin, o cümlәdәn bir neçә monoqrafiya vә kitabın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Əsәr i: Иран и сопредельные страны Востока
(1946–1978). М., 1989.