ƏLİBƏYLİ Xanımana Sabir qızı (20.4. 1923, Bakı – 7.5.2007, Bakı) – Azәrb. yazıçısı. Azәrb. Resp.-nın әmәkdar incәsәnәt xadimi (1991). Azәrb. Dövlәt Tibb İntunu bitirmişdir (1942). 1938 ildәn dövri mәtbuatda dәrc olunmuşdur. Daha çox uşaqlar üçün yazmışdır. “Balaca hәkim” adlı ilk kitabı 1955 ildә çap edilmişdir. “Yaz konserti” (1960), “İşlәmәyәn dişlәmәz” (1961), “Ulduzların nәğmәsi” (1966), “Karnaval” (1968), “Noğul” (1970), “Mәni günәşә at” (1974), “Mәrcanqulu әfsanәsi” (1989), “Qaçqın balalar” (1994) vә s. şeir vә poema kitablarında humanizm, insanların yüksәk mәnәvi keyfiyyәtlәri tәrәnnüm olunur, vәtәnә mәhәbbәt, insan әmәyinә ehtiram, böyüklәrә hörmәt kimi duyğular aşılanır. “Cunquş”, “Dovşanın ad günü” (1957), “Aycan” vә “Durnalar lәlәk salır” (1977) pyeslәri var. Əsәrlәri başqa xalqların dillәrinә tәrcümә edilmişdir.