ƏLİBƏYLİ Rafiq Mövsüm oğlu (d.29. 6.1942, Ağdam) – Azәrb. kimyaçısı, kimya e.d. (1984), prof. (1990). Azәrb. Neft vә Kimya İn-tunu (indiki ADNSU) bitirmişdir (1964). Ümumittifaq Elmi Tәdqiqat Olefinlәr İn-tunda böyük elmi işçi, sektor rәhbәri (1976 –81), laboratoriya müdiri (1981–99), eyni zamanda elmi işlәr üzrә direktor müavini (1990–91) vәzifәlәrindә çalışmışdır. 1992 ildәn Türkiyә Resp.-nda işlәyir. Tәdqiqatları pirolizin maye mәhsullarından vә digәr aromatik әsaslı texniki xammallardan yüksәk tәmizlikli aromatik karbohidrogenlәrin alınmasına hәsr edilmişdir. 100-dәn çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.