ƏLİBƏYLİ Şәfәq Ənvәr qızı (d.4.7.1949, Bakı) – Azәrb. әdәbiyyatşünası. Filologiya e.d. (2009). Ə.Ə.Əlibәylinin qızıdır. Azәrb. Dövlәt Un-tini bitirmişdir (1971). Əfqanıstanın Kabil Politexnik İn-tunda tәrcümәçi (1971–73), AMEA-nın Z.Bünyadov ad. Şәrqşünaslıq İn-tunda aparıcı elmi işçi (1973–2004 ) vәzifәsindә işlәmişdir. 2004 ildәn AMEA-nın N.Gәncәvi ad. Milli Azәrb. Ədәbiyyatı Muzeyindә beynәlxalq әlaqәlәr vә komparavistika şöbәsinin müdiridir. Elmi tәdqiqatları, әsasәn, üslubiyyat problemlәrinә, leksikologiya vә leksikoqrafiyanın inkişafı mәsәlәlәrinә hәsr olunmuşdur. 130-dan çox elmi әsәrin, o cümlәdәn 3 kitab, monoqrafiya vә “Farscarusca-azәrbaycanca müxtәsәr lüğәt”in (2012) müәllifidir.
Əsәrlәri: Антонимы в персидском языке. B., 1991; Füzulinin farsca divanı: linqvo-poetik özәlliklәr. B., 2009.