ƏLİBƏYLİ – İrәvan xanlığının Karnibasar mahalında (9.9.1930 ildәn Vağarşabad, 12. 3.1945 ildәn Eçmiәdzin r-nu), Kasax (Abaran) çayı kәnarında azәrb.-ların yaşadığı kәnd. Əhalisi 20 әsrin әvvәllәrindә ermәnilәr tәrәfindәn qovulmuş vә burada Türkiyәnin İqdır vә Van vil.-lәrindәn, 1946 ildә isә İrandan köçürülmüş ermәni ailәlәri yerlәşdirilmişdir. 4.4.1946 ildә kәnd Atarbekyan adlandırılmışdır.