ƏLİBƏYLİ – Azәrb. Resp. Qax r-nunda kәnd. Əlibәyli ә.d.-nin (Əlibәyli, İbaxlı, İngiloy Kötüklü k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 10 km c.-q.-dә, Kürmük çayının sahilindә, Qanıx-Əyriçay çökәkliyindәdir. Əh. 1829 (2015); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, uşaq bağçası, mәdәniyyәt evi, dram teatrı, klub, kitabxana, xәstәxana fәaliyyәtdәdir. Memarlıq abidәlәrindәn 18 әsrә aid Gumrux kilsәsi vә mәscid var. Böyük Vәtәn müharibәsindә (1941–45) hәlak olmuş hәmyerlilәrin şәrәfinә abidә qoyulmuşdur.