ƏLİBƏYLİ – Azәrb. Resp. Tovuz r-nunda kәnd. Əlibәyli ә.d.-nin (Əlibәyli, Mülkülü k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 12 km c.-q.-dә, Tovuz çayının sahilindә, dağ әtәyindәdir. Əh. 2833 (2015); heyvandarlıq vә әkinçiliklә mәşğuldur. Tam orta mәktәb, uşaq bağçası, tibb mәntәqәsi, kitabxana, klub var. Ə.-dә orta әsrlәrә aid qәbiristanlıq, 16 әsrdә inşa edilmiş Koroğlu qalası mövcuddur.