ƏLİBƏYLİ – Azәrb. Resp. Zәrdab r-nunda kәnd. Əlibәyli ә.d.-nin (Əlibәyli, Allahqulubağı k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 3 km c.-q.-dә, Qarasu çayı ilә Kür çayının qovşağında, Şirvan düzündәdir. Əh. 984 (2015); әkinçilik, heyvandarlıq vә quşçuluqla mәşğuldur. Tam orta mәktәb, uşaq bağçası, tibb mәntәqәsi var.