ƏLİBƏYOV Balabәy İsa oğlu (17.4.1910, Lәnkәran ş. – 1988) – neft vә qaz yataqlarının işlәnilmәsi sahәsindә Azәrb. alimi, texnika e.d. (1966), prof. (1973). Azәrb. SSR әmәkdar mühәndisi (1960). Azәrb. Sәnaye İn-tunu bitirmişdir (1935). Neft hasilatı ustası, mühәndis, neftqazçıxarma idarәsinin rәisi (1935– 41), trest rәisi, neftqazçıxarma idarәsinin müdiri (1945–68), Azәrb. SSR EA Dәrin Neft vә Qaz Yataqları Problemlәri İn-tunun elmi işlәr üzrә direktor müavini (1968–77), Azәrb. NeftKimya İn-tunda kafedra müdiri (1977–87) vәzifәlәrindә işlәmişdir. Tәdqiqatları dikyatımlı neft yataqlarına kombinәli tәsir mәsәlәlәri, mürәkkәblәşmәlәrlә mübarizә üsulları; intensiv qumәmәlәgәlmә mәsәlәlәrinin tәdqiqi sahәsindәdir. 40-dan çox elmi әsәrin müәllifidir. Lenin ordeni ilә tәltif olunmuşdur.