ƏLİBƏYOV Cәmil Adil oğlu (5.12.1927, Füzuli r-nunun Dәdәli k. – 26.10.2014, Bakı) – Azәrb. yazıçısı, jurnalist. Azәrb. Dövlәt Un-tini bitirmişdir (1959). 1949 ildә әdәbi işçi kimi fәaliyyәtә başladığı “Azәrbaycan gәnclәri” qәzetinin baş redaktoru (1959–70), Azәrb. SSR Dövlәt Televiziya vә Radio Verilişlәri Komitәsinin sәdr müavini (1970–74), “Azәrbaycanfilm” kinostudiyasının direktoru (1974–84), Azәrb. Dövlәt Nәşriyyatının (“Azәrnәşr”) baş redaktoru vә direktoru (1984–88), “Kommunist” (“Xalq qәzeti”, 1988–90) qәzetinin vә “Yazıçı” nәşriyyatının (1990–92) baş redaktoru, “Elm vә hәyat” nәşriyyatının tәsisçi-direktoru olmuşdur (1996–2001). 40-dan çox bәdii әsәrin, o cümlәdәn “Sınaq” (1966), “Özümü axtarıram” (1969), “Hәyatın özü” (1975), “Dözümlü mәhәbbәt” (1977), “Qızıl at vә torpaq” (1983), “Dünyanın o biri ucu” (1986), “Mәnim analı dünyam” (1988), “İlk mәhәbbәt” (1991), “Qış macәrası” (1994), “Zәmanәlәrlә üz-üzә” (2008) roman vә povestlәrinin, pyes vә ssenarilәrin müәllifidir. Ç.Aytmatovun “İlk müәllim” (1965), “Ana tarla” (1966), “Ağ gәmi” (1980), J.Sandın “İndiana” romanını (Z.Babayevlә birgә, 1970), S.Solovyovun “Sәnin haqqında kitab” (1969), A.Lixanovun “Hәyat haqqında danışmaq istәyirәm” (1986) povestlәrini Azәrb. dilinә çevirmişdir. Bәzi әsәrlәri müxtәlif dillәrә tәrcümә edilmişdir. Qırmızı Əmәk Bayrağı ordeni ilә tәltif olunmuşdur.