ƏLİBƏYOV Əlibәy Qulubәy oğlu (22.2. 1878, indiki Füzuli r-nunun Dәdәli k. – 7.4.1964, Bakı) – Azәrb. gigiyenisti, pedaqoq. Tibb e.d. (1936), prof. (1932), Azәrb. SSR Əmәk qәhrәmanı (1933), Azәrb. SSR әmәkdar elm xadimi (1943). Kiyev Un-tinin tibb fakültәsini bitirmiş (1916) vә orada oxuduğu müddәtdә Q.Musabәyov, M.İsrafilbәyov (Qәdirli) vә b. ilә birlikdә gizli tәlәbә tәşkilatında iştirak etmişdir. Ə. Terek Sovet Resp.-nda Nazran (indiki İnquşetiya Resp.-da şәhәr) Dairә İcraiyyә Komitәsi sәhiyyә şöbәsinin müdiri işlәmişdir (1918– 23). Sonra Bakıya gәlәrәk Azәrb. SSR Xalq Sәhiyyә Komissarlığında sanitarepidemiologiya şöbәsinin müdiri vә 1932 ildәn ömrünün sonunadәk Azәrb. Dövlәt Tibb İn-tunda ictimai gigiyena kafedrasının (1941 ildәn sәhiyyә tәşkili kafedrası) rәhbәri olmuşdur. Tәdqiqatı, әsasәn, Azәrb. SSR-dә sanitar-gigiyenik vә epidemioloji mәsәlәlәrin öyrәnilmәsinә hәsr edilmişdir. Lenin ordeni vә 2 Qırmızı Əmәk Bayrağı ordeni ilә tәltif olunmuşdur.