ƏLİBƏYOV Əvәz Mahmud oğlu (1895, indiki Füzuli r-nunun Merdinli k. – 1978, orada) – Birinci dünya müharibәsi, Vәtәndaş müharibәsi vә Böyük Vәtәn müharibәsi iştirakçısı. Birinci dünya müharibәsindә Ə. müsәlmanlardan ibarәt “Dikaya diviziya”nın tәrkibindә Avstriya cәbhәsindәki döyüşlәrdә fәrqlәnmiş, 4 dәfә “Georgi xaçı” ordeni ilә tәltif olunmuşdur. Vәtәndaş müharibәsi zamanı Birinci Süvari orduda eskadron, polk, briqada komandiri olmuş, Rostov, Kuban, Saritsın vә Şimali Qafqazın әks-inqilabi qüvvәlәrdәn tәmizlәnmәsindә iştirak etmişdir. Ə. 1923–27 illәrdә Azәrb. vә Dağıstanın milis orqanlarında, 1928– 40 illәrdә partiya, sovet vә tәsәrrüfat orqanlarında çalışmışdır. Böyük Vәtәn müharibәsindә eskadron komandiri kimi Qafqaz, Kuban vә Ukraynada gedәn döyüşlәrdә iştirak etmiş, 1944 ildә Polşa uğrundakı vuruşmalarda ağır yaralanmışdır. 1944 – 45 illәrdә Füzuli r-nunun hәrbi komissarlığında, 1946 ildәn müxtәlif sovet vә tәsәrrüfat vәzifәlәrindә çalışmışdır. Lenin ordeni vә medallarla tәltif olunmuşdur.