ƏLİBƏYOV İnqilab Vәlibәy oğlu (d.22.1.1931, Quba ş.) – Azәrb. iqtisadçısı, iqtisad e.d. (1994), prof. (2001). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1955). Azәrb. SSR EA Şәrqşünaslıq İn-tunda kiçik, böyük, aparıcı elmi işçi (1961–66), şöbә müdiri (1966–88), elmi işlәr üzrә direktor müavini (1981–82) vәzifәlәrindә çalışmışdır. Hazırda hәmin in-tda “Türkiyәnin tarixi vә iqtisadiyyatı” şöbәsinin müdiridir. Tәdqiqatları Şәrq ölkәlәrinin iqtisadiyyatıaın hәsr edilmişdir. 120-dәn çox elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın müәllifidir. Azәrb. Resp.-nın “Şöhrәt” ordeni ilә tәltif olunmuşdur.
Ə s ә r i: Иностранный капитал в Турции. B., 2002.