ƏLİBƏYOV Mustafa bәy Cabbar oğlu (1872, Nuxa – 1945, Daşkәnd) – ictimai xadim, hüquqşünas, naşir, publisist, dramaturq. Atası Şәki xan sarayının mirzәsi, dövrünün qabaqcıl ziyalılarından idi. Tiflis gimnaziyasını bitirmişdir (1892). Bakı qub. dairә mәhkәmәsindә tәrcümәçi vә vәkil (1892–1920) işlәmişdir. Bakının ictimaimәdәni hәyatında fәal iştirak etmiş, 1905 ildә H.Z.Tağıyevin sәdrliyi ilә yaradılan “Hidayәt” xeyriyyә cәmiyyәtinin katibi olmuşdur. Cәmiyyәtin nәzdindә “Hidayәtiislamiyyә” neft şirkәti qurmağa tәşәbbüs göstәrmiş, onun nizamnamәsini tәrtib etmişdir. 1907 ildә hәyat yoldaşı Xәdicә xanım Əlibәyova-Sübhanquliyevanın redaktorluğu ilә “İşıq” adlı ilk qadın jurnalını (1911–12) nәşr etdirmişdir. “Əhrar” partiyasına daxil olmuşdur. “Möhtaclara kömәk” tәşkilatının üzvü olan Ə. Bakıda Mart soyqırımı (1918) әrәfәsindә “Dikaya diviziya” әsgәrlәrinin әllәrindәn alınan silahların qaytarılmasını Bakı komissarlarından tәlәb etmiş, xüsusi tapşırıqla türk hәrbi әsirlәrini Türkiyәyә tәhvil vermәyә aparmışdır. Azәrb. Xalq Cümhuriyyәti dövründә hәmin tәşkilatın vasitәsilә әhalinin әrzaq vә paltarla tәmin olunmasına yardım göstәrmişdir. İranın Rәşt vil.-ndә inqilabi hәrәkatla әlaqә saxlamış vә hadisәlәr haqqında Bakı mәtbuatında mәqalәlәr dәrc etdirmişdir. Şәkinin Yuxarıbağ deyilәn dağlıq hissәsindә indiyә qәdәr qorunub saxlanılmış “Yaşıllıq sәltәnәti” kimi tanınan böyük bağ salmış, oraya su vә yol çәkdirmişdi. Aprel işğalından (1920) sonra Nuxaya (Şәkiyә) köçmüş, xalq hakimi, hüquq bürosunun müdiri, Gәncә “müdafüyün heyәti”nin üzvü olmuşdur. 1937 ildә hәbs edilәrәk Sibirә sürgün olunmuşdur. “Mәhkәmәlәr qapısında tökülәn qanlı yaşlarımız” faciә sinin, “Cәllad mülkәdarın qurbanı” kinossenarisinin, “Abşeron neft cәzirәsi” publisist әsәrinin müәllifidir.