ƏLİBƏYOVA Xәdicә (1884, Tiflis – 1958, Bakı) – maarifçi, publisist, ictimai xadim. M.C.Əlibәyovun hәyat yoldaşıdır. Tiflis rus qız gimnaziyasında tәhsil almış, Zaqafqaziya Olqa Mama-ginekologiya İn-tunda oxumuş, I dәrәcәli mama ixtisasına yiyәlәnmişdir (1907). 1911–12 illәrdә M.Əlibәyovla birlikdә “İşıq” adlı ilk qadın jurnalını nәşr etdirmişdir. Jurnal üçün “Hüququmuz” sәrlövhәli silsilә mәqalәlәr yazmışdır. Hüquq bәrabәrliyi, qadın klubları vә savad kurslarının açılması, qadınları maarif vә mәdәniyyәtә, ictimai hәyatda iştiraka çağırış vә s. publisistik mәqalәlәrinin әsas mövzusu idi. Jurnal nәşrini dayandırdıqdan (1912) sonra fәaliyyәtini Bakı Müsәlman Qadın Xeyriyyә Cәmiyyәtindә davam etdirmişdir. Şәkiyә köçmüş, 1920–46 illәrdә burada hәkim-ginekoloq işlәmiş, savad kursları, qadın klublarının tәşkilindә yaxından iştirak etmişdir.