ƏLİBƏYZADƏ Elmәddin Mәhәmmәd oğlu (5.11.1925, Oğuz r-nunun Muxas k. – 26.3.2015, Bakı) – Azәrb. dilçisi, filologiya e.d. (1987). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1944). Azәrb. SSR EA-nın Ədәbiyyat vә Dil İn-tunda, Nizami ad. Ədәbiyyat Muzeyindә, AMEA Nizami ad. Ədәbiyyat İn-tunda baş elmi işçi, şöbә müdiri vәzifәsindә işlәmişdir. Tәdqiqatları islama qәdәrki Azәrb. mәdәniyyәti, Azәrb. yazı mәdәniyyәtinin yaranması vә inkişafı vә s. problemlәrә aiddir. Türkiyәdә, İranda mәruzәlәrlә çıxış etmişdir. 300-dәn artıq elmi әsәrin, o cümlәdәn12 kitabın müәllifidir.
Ə s ә r l ә r i: Qәdim dünyamızın ulu kitabı. B., 1996; Azәrbaycan xalqının mәnәvi mәdәniyyәt tarixi (İslamaqәdәrki dövr). B., 1998; Kitabi-Dәdә Qorqud. B., 1999; Nizami vә tariximiz. B., 2004.