ƏLİCAN – Azәrb. Resp. Oğuz, Şәki vә Yevlax r-nlarında çay. Kürün sol qolu. Uz. 98 km, hövzәsinin sah. 1010 km2-dir. Baş Qafqaz silsilәsinin c. yamacından (3500 m hünd.-dәn) başlanır. Oğuz vә Xalxal çaylarının birlәşmәsindәn әmәlә gәlir. Yeraltı, qar vә yağış suları ilә qidalanır. Yazda vә payızda daşqın olur. Suvarmada istifadә edilir.