ƏLİF, ә d ә b i y y a t d a – Şәrq divan әdәbiyyatında bәdii rәmz, tәşbeh. Ə. tәsәvvüf әdәbiyyatında fәrqli mәnalar ifadә edәn termin kimi dә işlәdilmişdir. Söz әrәb әlifbasının ilk hәrf i әlifdәn ( ا) tәşәkkül tapmışdır. Klassik Azәrb. bәdii әdәbiyyatında, xüsusilә mәnzum әsәrlәrdә sevgilinin uca, incә, zәrif qamәti Ə.-ә vә ya sәrv ağacına bәnzәdilmiş, “әlif boylu”, “әlif qәdd”, “әlif qamәt” ifadәlәri geniş yayılmışdır. Ə. hәrf kimi әvvәldә vә ortada başqa hәrflәrlә birlәşmәdiyi vә әbcәddә 1 rәqәminin qarşılığı olduğu üçün Allahın tәkliyini ifadә edәn vәhdәt simvolu da sayılmış, Allahın adının ilk hәrfi kimi әsrlәr boyu müqәddәs hesab olunmuşdur. Qәdim dövrlәrdә kiçik yaşlarında taxta çıxan padşahın alnına tünd mürәkkәblә Ə. yazılır vә bununla da onun daha heybәtli görünә cәyinә vә bәdnәzәrdәn qorunacağına inanırdılar.