ƏLİFBA [әr. – әrәb әlifbasının ilk 2 hәrfinin adından (әlif+bә)] – bu vә ya digәr dilin yazısında işlәdilәn әnәnәvi qaydada düzülmüş qrafik işarәlәrin – hәrflәrin mәcmusu. Ə. yazının son inkişaf mәrhәlәsi olub, piktoqrafik yazı, ideoqrafik yazı vә sillabik yazıdan sonra yaranmışdır. Ə.-da hәrflәr ayrı-ayrı sәslәri göstәrir. Kamil Ə.-da sәslәrin sayı qәdәr hәrf olmalıdır. Tәdqiqat çıların fikrincә, ilk Ə. e.ә. 2-ci minilliyin ortalarında yaranmış Finikiya Ə.-sıdır. Sonralar bu Ə.-dan arami, yәhudi, Suriya vә s. Ə.-lar törәmişdir. Arami Ə.-sı pәhlәvi, әrәb, qәdim türk (uyğur), monqol, hind, habelә ermәni, gürcü Ə.-larının yaranması üçün әsas olmuşdur. Mәnşәcә Finikiya Ə.sı ilә bağlı olan yunan Ə.-sından (bax Yunan yazısı) etrusk, latın, qot, slavyan Ə.-ları, latın Ə.-sından isә Qәrbi Avropa dillәrinin müasir Ə.-ları yaranmışdır. Kirill әlifbasına әsaslanan müasir rus Ə.-sı 1708 ildә I Pyotr tәrәfindәn tәtbiq edilmişdir. Azәrb. әrazisindә әn qәdim Ə. Alban (Qafqaz) әlifbasıdır. Ərәb işğalından sonra azәrb.-lar әrәb Ə.-sından istifadә etmişlәr. Bu Ə. 1929 ildә latın, 1939 ildә isә rus qrafikası әsasında yaradılmış Ə. ilә әvәzlәnmişdir. 1991 ildә latın qrafikalı Azәrb. Ə.-nın tәtbiqinә dair qanun qәbul olunmuş, 2001 ildә hәmin Ə.-ya keçid başa çatdırılmışdır.