ƏLİF-LAM – Azәrb. klassik şeirindә vә aşıq poeziyasında beytlәrinin (bәndlәrinin), yaxud misralarının ilk sözü әrәb әlifbasındakı hәrflәrdәn birinin adı ilә başlanan şeir. Ərәb әlifbasındakı “әlif” vә “lam” hәrflәrinin adından götürülmüşdür. Daha çox qәsidә, qoşma, gәraylı, divani, vücudnamә vә s. şeir formalarında istifadә edilmişdir. Belә şeirlәrdә, adәtәn, beytin, yaxud misranın әvvәlindә adıçәkilәn hәrf bu hәrflә başlanan müәyyәn sözlә әlaqәlәndirilir vә beyt, yaxud misra bütövlükdә hәmin sözün bәdii-fәlsәfi şәrhinә hәsr olunur. Klassik әdәbiyyatda Ə.-l.-ları, әsasәn, hürufi şairlәr yazmışlar. İ.Nәsiminin qәzәl vә qәsidә janrında yazdığı, Aşıq Əlәsgәrin gәraylı üstündә söylәdiyi Ə.-l.-ları var. Aşıq Abbas Tufarqanlı, Xәstә Qasım, Aşıq Hüseyn Şәmkirli, Aşıq Alı yaradıcılığında da Ə.-l. yer almışdır.
Əd.: Ə f ә n d i y e v P. Azәrb. şifahi xalq әdәbiyyatı. B., 1981.