ƏLİK – Azәrb. Resp. Quba r-nunda kәnd. Əlik ә.d.-nin (Əlik, Cek, Haputlu, Qrız, Qrız dәhnә k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 36 km c.-q.-dә, Ağçayın sahilindә, dağәtәyi әrazidәdir. Əh. 394 (2015); әsasәn heyvandarlıqla mәşğuldur. Ümumi orta mәktәb, klub, kitabxana, tibb mәntәqәsi var.