ƏLİKİŞİBƏYOV Mustafa Mәmmәd oğlu (7.12.1901, indiki Ağdam r-nunun Nәmirli k. – 1981, Bakı) – Azәrb. cәrrahı, onkoloq. Tibb e.d. (1961), prof. (1963), Azәrb. SSR әmәkdar hәkimi (1960) vә әmәkdar elm xadimi (1968). Azәrb. Rentgenologiya, Radiologiya vә Onkologiya Elmi Tәdqiqat İn-tunun direktoru (1955–74) olmuşdur. Tәdqiqatları, әsasәn, qalxanabәnzәr vәzinin xәstәliklәrinә vә bәdxassәli şişlәrә aiddir. Ə. Azәrb.-da ur xәstәliyinin yeni endemik ocaqlarını tәdqiq etmişdir. Resp.-da onkoloji dispanserlәrin tәşkilindә xidmәti var. 35-ә qәdәr elmi әsәrin müәllifidir.
Ə s ә r i: Патология щитовидной железы. Б., 1965.