ƏLİKÖMƏKTƏPƏ, Ə l i k ö m ә k t ә p ә s i – Azәrb. Resp. Cәlilabad r-nunun Üçtәpә k.-ndә, İncәçayın sağ sahilindә Eneolit dövrünә (e.ә. 4-cü minillik) aid yaşayış yeri. 1970 vә 1990-cı illәrdә arxeoloq F.Mahmudov tәrәfindәn tәdqiq olunmuşdur. Sah. 1,2 ha, hünd. 5 m-dir. 6 qatdan ibarәt mәdәni tәbәqәnin qalınlığı 5,1 m-dir. Yaşayış yerinin üst qatlarındakı tikililәr iki sıra çiy kәrpiclә dörd künc formada hörülmüşdür. Alt qatlarda bir cәrgә çiy kәrpicdәn hörülmüş divarlar pilyastrlarla möhkәmlәndirilmişdir. Tәsәrrüfat tikililәri evlәrә bitişik olmuş, ya da xüsusi keçid vasitәsilә әlaqәlәndirilmişdir. Ə.-dәki çox otaqlı evlәrin böyük ailәlәr üçün nәzәrdә tutulduğu ehtimal olunur. Yaşayış yerinin üçüncü qatında divarları әhәnglә ağardılmış, qırmızı oxra ilә, nalşәkilli naxışla, bitişik dairә, paralel xәtlәr vә nöqtәlәrdәn ibarәt hәndәsi ornamentlә bәzәdilmiş, dia metri tәqr. 3 m olan dairәvi formalı qazma bina aşkarlanmışdır. Binanın sitayiş mәqsәdilә inşa olunduğu ehtimal edilir. Yaşayış yerinin bütün qatlarında aşkarlanmış bir vә ya ikiyaruslu dulus kürәlәri (yanma kamerası bişirmә kamerasından ayrılmışdır) Qafqazda әn qәdim vә Eneolit abi dәlәri içәrisindә yeganәdir. Arxeoloji qazıntılar zamanı әmәk alәtlәri, yumurta şәkilli gil sapand mәrmilәri, tәrkibinә saman ovuntusu qatılmış sarımtıl, qırmızı, qәhvәyi, üzәri әsasәn şüyrәlәnmiş vә an qoblanmış saxsı qablar tapılmışdır. Ərazidә dәrin badya formalı vә çәlәngvarı qablar, hәmçinin küpә vә qulplu bardaqlar daha çoxdur. Boyalı qabların böyük әksәriyyәti (300-dәn artıq) yerli, az qismi gәtirilmәdir. Qafqaz vә Ön Asiyada atın әhlilәşdirildiyi әn qәdim abidә hazırda Ə.-dir. Tәdqiqat zamanı hәmçinin Eneolit dövrünә aid oxra ilә boyanmış skelet qalıqları aşkarlanmışdır. Qәbirlәr evlәrin arasında, döşәmәnin altında, yaxud hәyәtdә yerlәşdirilmişdir. Ölülәr tәk vә bükülü vәziyyәtdә basdırılmışdır. Qәbirlәrdәn xeyli miqdarda tunc әşyanın, o cümlәdәn yastı balta, borudәs tәkli nizә ucluğu, qazan, dördkünc bizlәr, xәncәr tiyәsi vә müxtәlif bәzәk әşyalarının tapılması metal emalının o vaxtkı yüksәk sәviyyәsini tәsdiqlәyir. Tunc dövrünün zәngin qәbirlәri (e.ә. 18–17 әsrlәr) icma daxilindә mülki vә ictimai bәrabәrsizliyin dәrinlәşdiyini sübut edir. Ə.-nin üst tәbәqәsi sonrakı dövrlәrin (Tunc, antik vә orta әsrlәr) qalıqlarından ibarәtdir. Tapıntılar Ə. әhalisinin әkinçilik, qismәn dә toxuculuq, ovçuluq, balıqçılıq vә maldarlıqla (qaramal vә s.) mәşğul olduğunu göstәrir.
Яликюмяктяпядян ашкар олунмуш эил габ (солда) вя тунъ газан (саьда). Азярбайъан Милли Тарих Музейи.