Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏLİQANADLILAR

    ƏLİQANADLILAR (Chiroptera) – mәmәlilәr sinfinin bir dәstәsi. Ön әtraflar qanadlara çevrildiyi üçün Ə.-ın uzun müddәtli fәal uçma qabiliyyәti vardır: yalnız birinci barmaq sәrbәst qalır, digәr barmaqların falanqaları, әldarağı sümüklәri vә said sümüyü uzanaraq bәdәnin yan әtraflar arasında dartılmış (çәkilmiş) dәrivarı uçuş pәrdәsi üçün karkas (skelet) rolunu oynayır. Əgәr quyruğu varsa, adәtәn, uçuş pәrdәsi ilә әhatә olunmuşdur. Qulaq seyvanları yaxşı inkişaf etmişdir vә Ə.-ın bir çoxunda (mәs., palazqulaqlarda) çox böyük olur; әksәriyyә tindә eşitmә dәliyinin ön kәnarından ayrılan şaquli (dik) traqus (xarici qulaq girәcәyindә çıxıntı) vardır. Bәdәnindә tük örtüyü (pәrdәlәr istisna edilmәklә) adәtәn yaxşı inkişaf etmişdir; iyli dәri vә zilәrinin olması sәciyyәvidir. Bәdәninin uz. 3 sm-dәn 42 sm-әdәk olur. Körpücük sümüklәri yaxşı inkişaf etmişdir, döşütillidir. Dişlәri cücü yemәyә uyğunlaşmışdır, yuxarı kәsici dişlәrinin orta cütü heç vaxt olmur, dişlәrinin sayı 38-dәn 20-yәdәkdir. Bağırsağı qısadır. Ə. mәmәlilәrin әn inkişaf etmiş dәstәsidir. Növlәrinin sayı yalnız gәmiricilәrdәn azdır. Ə.-ın qazıntı qalıqları müasir formalara yaxındır vә Eosendәn mәlumdur. Ə. ehtimala görә yerә yavaş-yavaş enәn, uçuşa uyğunlaşmaları olan sadә cücüyeyәnlәrdәn törәmişdir. 2 yarım dәstәsi var: iri qanadlılar vә yarasalar. 850-әdәk növü birlәşdirir. Qütb vilayәtlәri vә bәzi okean adaları istisna edilmәklә dünyanın hәr yerindә yayılmışdır. Subtropiklәrdә vә tropiklәrdә daha çox sayda vә müxtәlifdir. Alatoranlıq, yaxud gecә hәyat tәrzi keçirir. Ağacların çәtirindә, mağaralarda, koğuşlarda, qaya yarıqlarında, bәzәn dә yaşa yış yerlәrindә gün keçirir. Ə.-ın әksәriyyәti böyük koloniyalarla yaşayır. Ömürlәri 20 ilәdәk vә daha uzun olur. İldә, adәtәn, 1 dәfә 1–2 bala doğur. Erkәk fәrdlәr nәsil qayğısına qalmır. Çoxu cücüyeyәndir, bәzi qrupları meyvәlәrlә, çiçәklәrin tozcuqları vә nektarı ilә qidalanır. Dincәlәrkәn Ə. başıaşağı sallanır; şaquli sәth boyu rahat dırmaşa bilir; Ə. üçün düz xәtli sürәtli uçuşdan tutmuş pırıltı ilә uçuşa qәdәr uçmaq sәciyyәvidir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç