ƏLİQOÇAQ, Ə l i k i ç i k – İrәvan xanlığının Abaran mahalında (9.9.1930 ildәn Abaran, 3.1.1935 ildәn Aparan r-nu) azәrb.-ların yaşadığı kәnd. 19 әsrdә İrәvan xanlığının Rusiya tәrәfindәn işğalı zamanı kәnd azәrb.-lardan boşaldılmış vә burada әvvәl İrandan, az sonra isә Türkiyәdәn köçürülmüş ermәnilәr yerlәşdirilmişdir. 3.1.1935 ildә kәnd Kuçak adlandırılmışdır.