ƏLİQULİYEV Ramiz Mәmmәd oğlu (15.9.1937, Naxçıvan – 19.6.2004, Bakı) – Azәrb. fiziki, fizika-riyaziyyat e.d. (1982), prof. (1989). Azәrb. Dövlәt Pedaqoji İn-tunu bitirmişdir (1960). Ümumittifaq Elmi Tәdqiqat Olefinlәr İn-tunda әmәk fәaliyyәtinә başlamışdır. 1978 ildәn fiziki-kimyәvi vә riyazi tәdqiqatlar laboratoriyasının müdiri vә eyni zaman da 1992 ildәn elmi işlәr üzrә direktor müavini vәzifәsindә işlәmiş, 1994–2004 illәrdә in-tun direktoru olmuşdur. Elmi tәdqiqatları kristallik poliefirlәrin relaksasiya spektrometriyasının öyrәnilmәsinә aiddir. 250-dәn artıq elmi әsәrin mü әl li fidir.