ƏLİQULİYEV Rasim Mәmmәd oğlu (d.20.1.1958, Bәrdә) – informatika sahәsindә Azәrb. alimi, AMEA-nın akad.-i (2014; m. üzv 2007). Azәrb. Politexnik İn-tunu bitirmişdir (1979). 1979–86 illәrdә Azәrb. SSR EA Kibernetika İn-tunda mühәndis, böyük mühәndis, 1986 ildәn Azәrb. SSR EA avtomatlaşdırılmış idarәetmә sistemlәri şöbәsindә böyük mühәndis, aparıcı mühәndis, “Respublika hesablama mәrkәzlәri vә verilәnlәrin ötürülmәsi şәbәkәsi” layihәsinin baş mühәndisi, direktor müavini vәzifәlәrindә işlәmişdir. 1997 ildә “İnformasiya tәhlükәsizliyi problemlәri” şöbәsini yaratmış vә ona rәhbәrlik etmişdir. 2002 ildәn AMEA İnformasiya Texnologiyaları İn-tunun direktorudur. 2007 ildә yaratdığı “İnformasiya cәmiyyәti problemlәri” şöbәsinә rәhbәrlik edir. 2013 ildә AMEA-nın akad.-katibi vә Rәyasәt Heyәtinin üzvü seçilmişdir. Azәrb. Milli Ensiklopediyasının Redaksiya Heyәtinin, Avropa Birliyinin nәzdindә fәaliyyәt göstәrәn GEANT Baş Assambleyasının üzvüdür. “İnformasiya Texnologiyaları Problemlәri” vә “İnformasiya Cәmiyyәti Problemlәri” elmi-praktiki jurnallarının baş redaktorudur. Tәdqiqatları kompüter şәbәkәlәrinin informasiya tәhlükәsizliyini tәmin edәn adaptiv sistemlәrin qurulmasının elmi-metodoloji әsaslarının işlәnmәsi, onların sintezi üçün modellәr vә alqoritmlәrin tәşkili sahәsindәdir. Böyük hәcmli verilәnlәrin (Big Data) intellektual analizi (Data Mining) üçün metodlar vә alqoritmlәr, korporativ istifadәçilәr qrupunun informasiya tәhlükәsizliyinin tәmini üçün dәyişәn strukturlu virtual xüsusi şәbәkәlәrin qurulmasının elmi-nәzәri әsaslarını işlәmiş, onların sintezi üçün modellәr vә metodlar tәklif etmişdir. İnternetin milli infrastrukturunun formalaşması, informasiya cәmiyyәti sahәsindә dövlәt siyasәtinin hәyata keçirilmәsi, elektron elmin formalaşması vә onun texnoloji infrastrukturu olan AzScenceNet elm kompüter şәbәkәsinin inkişafı vә Avropa mühitinә inteqrasiyası işlәrindә xidmәtlәr göstәrir. Yüksәkixtisaslı kadrların hazırlanmasında xidmәti var. 550-dәn çox elmi әsәrin, o cümlәdәn 3 monoqrafiyanın müәllifidir.
Ə s ә r l ә r i: Проблемы информационной безопасности в компьютерных сетях (başqaları ilә birlikdә). Б., 1998; Теоретические основы построения виртуальных частных сетей с перестраиваемой структурой. М., 1999; Методы синтеза адаптивных систем обеспечения информационной безопасности корпоративных сетей. М., 2001.