ƏLİQULUUŞAĞI – Azәrb. Resp. Qubadlı r-nunda kәnd. Əliquluuşağı ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 16 km şm.-q.-dә, Bәrgüşad çayının sahilindә, dağәtәyi әrazidәdir. Əh. 212 (2015); işğaldan (1993, avqust) әvvәl heyvandarlıq, taxılçılıq, tütünçülük vә baramaçılıqla mәşğul olmuşdur. Orta mәktәb, klub, kitabxana vә tibb mәntәqәsi; tarixi-memarlıq abidәlәrindәn Son Tunc – Erkәn Dәmir dövrünә aid Koroğlu qalaçası, qalaça, sığınacaq (4 әsr), Göyqala (5 әsr), Lalәzar körpüsü (1867), bulaq (19 әsr), mağara mәbәdi, “Qalalı” qalası var idi.