ƏLİLİ, S a l v a r d – Yelizavetpol (Gәncә) qub.-nın Zәngәzur qәzasında (9.9.1930 ildәn Qarakilsә, 2.3.1940 ildәn Sisyan r-nu) azәrb.-ların yaşadığı kәnd. 19 әsrdә İrәvan xanlığı Rusiya tәrәfindәn işğal edildikdәn sonra kәndә İrandan, Türkiyәdәn gәlmә ermәnilәrdә köçürülmüşdür. 1918 ildә ermәnilәr tәrәfindәn kәndin bütün azәrb. әhalisi qovulmuşdur. Bölgәdә sovet hakimiyyәti qurulduqdan sonra qaçqın әhalinin geri qayıtmış hissәsi 1948–53 illәrdә Azәrb.-a deportasiya olunmuşdur. 3.1.1935 ildә kәnd Salvard adlandırılmışdır.