ƏLİLİ Mәmmәd Əli oğlu (7.11.1898, Bakı – 13.6.1993, Bakı) – Azәrb. kinorejissoru, aktyor. Azәrb. SSR әmәkdar incәsәnәt xadimi (1959). Bakı Teatr Texnikumunu bitirmişdir (1929). Kinoda 1915 ildәn fәaliyyәt göstәrmişdir. “Mavi dәnizin sahilindә” (1936), “Kәndlilәr” (1939), “Yeni horizont” (1940), “Bәxtiyar” (1955) filmlәrinin rej. assistenti, “Bir mәhәllәdәn iki nәfәr” (1957), “Ögey ana” (1958), “Dәnizi fәth edәnlәr” (1959), “Koroğlu” (1960), “Leyli vә Mәcnun” (1961), “Belә bir ada vardır” (1963), “Arşın mal alan” (1965), “Dağlarda döyüş” (1967) filmlәrinin 2-ci rej.-u olmuş, aktyor kimi dә rol almışdır. “Neft vә milyonlar sәltәnәtindә” (1915), “Dәli Kür” (1969), “Azadlıq şirin sözdür” (1972), “Nәsimi” (1973), “Babәk” (1979), “Üzeyir ömrü” (1981), “Vah!..” (1981), “Gәnc qadının kişisi” (1988), “Qәtl günü” (1990) vә s. filmlәrdә çәkilmişdir. Ə. teatrda da fәaliyyәt göstәrmişdir. O, Çeçen Milli Teatr studiyasının yaradıcılarından (elәcә dә ilk rej.-larından) biri olmuşdur. C.Cabbarlı haqqında xatirәlәri var.