Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏLİLLİK

    ƏLİLLİK – mәhdud imkanlı vәtәndaşları sәciyyәlәndirәn anlayış. Anlayışın izahı ayrı-ayrı ölkәlәrә nәzәrәn birmәnalı deyil. Ümumi şәkildә Ə.-in tibbi vә sosial modellәrini ayırmaq mümkündür. Tibbi model Ə.-i insanın hәr hansı zәdәlәnmәsi vә ya xәstәlik, şikәstlik, yaxud anadangәlmә qüsur nәticәsindә insan orqanizminin hәr hansı funksiyasının itirilmәsi kimi müәyyәnlәşdirir [ÜST-ün hazırladığı Zәdәlәnmәlәrin, әlilliyin vә әmәk qabiliyyәtsizliyinin beynәlxalq tәsnifatına (1980) uyğun olaraq]. Ə.-in tibbi modeli Ə.-i hәyat fәaliyyәtinin mәhdudlaşması, әlili isә cәmiyyәtdә tibbi problemlәri (bu da sosial yetәrsizliyin inkişafını vә sosial müdafiәnin zәruriliyini şәrtlәndirir) olan insan kimi nәzәrdәn keçirir. Sosial model Ə.-i ayrıca kateqoriyaya mәnsub insanların xüsusiyyәti kimi tәfsir edir. “Əlillәrin hüquqları haqqında” beynәlxalq Konvensiyaya (2006) uyğun olaraq, Ə. “sağlamlığı pozulmuş insanlar ilә münasibәt vә mühit maneәlәri arasında baş verәn vә onların cәmiyyәt hәyatında digәrlәri ilә bәrabәr şәkildә tam vә effektiv iştirakına mane olan qarşılıqlı fәaliyyәtin nәticәsidir”, әlil isә “sabit fiziki, psixi, intellektual, yaxud sensor qüsurları olan şәxsdir”. Azәrb. Resp.-nda Ə. şәxslәrin müxtәlif maneәlәrlә qarşılıqlı tәsir zamanı digәrlәri ilә bәrabәr sәviyyәdә cәmiyyәt hәyatında tam vә sәmәrәli iştirakına mane olan sabit fiziki, psixi vә әqli vә ya hissiyyat pozuntularının olması, әlil isә anadangәlmә, xәstәlikdәn vә ya xәsarәtdәn doğan әqli vә ya fiziki qüsurlar nәticәsindә hәyat fәaliyyәti mәhdudlaşan, sosial yardıma vә müdafiәyә ehtiyacı olan şәxs kimi nәzәrdәn keçirilir. Şәxsin hәyat fәaliyyәtinin mәhdudlaşması әlilin özünәxidmәt, hәrәkәt, sәmtlәnmәk, ünsiyyәt, öz davranışına nәzarәt, habelә tәhsil almaq, әmәk fәaliyyәti ilә mәşğul olmaq qabiliyyәtini vә ya imkanlarını tamamilә, yaxud qismәn itirmәsindә tәzahür edir. Azәrb. Resp.-nda Ə. vә ya 18 yaşınadәk uşaqların sağlamlıq imkanlarının mәhdudluğu şәxsin tibbi-sosial ekspertiza müayinәsindәn keçirilәrәk, Ə. haqqında müvafiq qәrar çıxarılması yolu ilә müәyyәn olunur. Tibbi-sosial ekspertiza müayinәsi tibbi etika vә deontologiya prinsiplәrinә әsaslanmaqla hәyata keçirilir. Şәxsin digәr şәxslәrlә bәrabәr sәviyyәdә cәmiyyәtdә tam vә sәmәrәli iştirakına mane olan fiziki, psixi, әqli vә ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vәziyyәtini vә sosial uyğunlaşma dәrәcәsini müәyyәn etmәk üçün funksional vә laboratoriya müayinәlәrinin nәticәlәri, anamnestik mәlumatlar obyektiv qiymәtlәndirilir. Ə. vә ya 18 yaşınadәk uşaqların sağlamlıq imkanlarının mәhdudluğu barәdә qәrar klinik, psixoloji, sosial-mәişәt, peşә amillәrinin vә şәxsin reabilitasiya potensialının kompleks halda qiymәtlәndirilmәsinә әsaslanır. Bu zaman xәstәliyin xarakteri, funksiyaların pozulma dәrәcәsi, müalicәnin vә reabilitasiya tәdbirlәrinin sәmәrәliliyi, orqanizmin kompensator (әvәzetmә) mexanizmlәrinin vәziyyәti, klinik vә әmәk proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma vә müdafiәyә ehtiyacı olması, әmәk şәraiti, işinin mahiyyәti, peşә hazırlığı vә yaşı nәzәrә alınır. Tibbi-sosial ekspert komissiyaları tәrәfindәn birinci, ikinci vә üçüncü dәrәcә Ə. vә 18 yaşınadәk uşaqlara aidiyyәtdә sağlamlıq imkanlarının mәhdudluğu müәyyәn olunur. Ə.-i tәsdiq olunmuş vәtәndaşa Ə.-ә görә pensiya tәyin olunur, onun üçün hәyat fәaliyyәtinin mәhdudlaşmasını aradan qaldıran, yaxud maksimum kompensasiya edәn fәrdi reabilitasiya proqramı işlәnib hazırlanır. Ə. göstәricilәrinә tәsir göstәrәn başlıca amillәr ölkәnin demoqrafik vәziyyәti, әhalinin hәyat sәviyyәsi, xәstәliklәrin yayılması, sәhiyyәnin tәşkili, müalicәvi-profilaktik yardımın keyfiyyәti vә s.-dir. Azәrb. Resp.-nda әlillәr Azәrb. Resp.-nın Konstitusiyasında, “Əlilliyin vә uşaqların sağlamlıq imkanları mәhdudluğunun qarşısının alınması, әlillәrin vә sağlamlıq imkanları mәhdud uşaqların reabilitasiyası vә sosial müdafiәsi haqqında” Azәrb. Resp.-nın Qanununda (1992), “Əlilliyin vә sağlamlıq imkanlarının müәyyәn olunması meyarlarına dair” Əsasnamәdә (1997), BMT Baş Assambleyasının qәbul etdiyi “Əlillәrin hüquq bәyannamәsi”ndә vә digәr qanunvericilik aktlarında tәsbit edilmiş bütün sosial-iqtisadi, siyasi, şәxsi hüquq vә azadlıqlara malikdirlәr. Əlillәr barәsindә ayrı-seçkilik qadağandır vә belә hәrәkәt qanunla tәqib olunur. 

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç