ƏLİMƏDƏTLİ – Azәrb. Resp. Ağdam r-nunda kәnd. Əlimәdәtli ә.d.-nin (Əlimәdәtli, Cinli, Əliağalı, Xaçındәrbәtli, Kürdlәr, Qalayçılar, Mollalar k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 14 km şm.-q.-dә, Xaçın çayının sol sahilindәn 8 km aralı, Qarabağ silsilәsinin şm.-ş. әtәyindәdir. Əh. 1256 (2015); işğaldan (1993, iyun) әvvәl taxılçılıq, heyvandarlıq, üzümçülük vә bağçılıqla mәşğul olmuşdur. Orta mәktәb, uşaq bağçası, mәdәniyyәt evi, tibb mәntәqәsi var idi.