ƏLİMƏMMƏD ÜZÜMÜ – Abşeronun qәdim üzüm sortlarından biri. Novxanı, Buzovna vә Türkan k.-lәrindәki köhnә üzüm bağlarında әkilib-becәrilir. Şәrq süfrә üzümü sortları yarımqrupuna mәnsubdur. Yarpaqları orta ölçüdә, dәyirmi, beşdilimlidir. Alt sәthi seyrәk tükcüklüdür. Çiçәyi ikicinsiyyәtlidir. Salxımının uz. 12–18 sm, eni 8–10 sm-dir. Kütlәsi 212,6 q-dır. Gilәsi 3–4 toxumludur. Gecyetişәn sortdur. Yetişmәsi oktyabrın birinci vә ikinci ongünlüyünә tәsadüf edir. Tәnәklәri güclü boy atır. Çox mәhsuldardır. Tәrkibindә 19,6 q/100 sm3 şәkәr, 6,2 q/dm3 turşu vardır. Abşeron üçün perspektivlidir. Oidiuma qarşı tolerantdır.
Əd.: Pәnahov T.M., Sәlimov V.S., Zari Ə.M. Azәrbaycanda üzümçülük. B., 2010.
Ялимяммяд цзцмц.