ƏLİMƏRDANLI – Azәrb. Resp. Tovuz r-nunda kәnd. Əlimәrdanlı ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 8 km şm.-ş.-dә, Tovuz çayının sahilindә, Gәncә–Qazax düzәnliyindәdir. Əh. 3373 (2015); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, uşaq bağçası, tibb mәntәqәsi, kitabxana, mәdәniyyәt evi var.