ƏLİMƏRDANOV Hafiz Mütәllim oğlu (d.1.1.1948, İsmayıllı r-nunun Lahıc qәs.) – Azәrb. kimyaçısı. Kimya e.d. (1993), prof. (2008), AMEA-nın m.üzvü (2014). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1971). Azәrb. SSR EA-nın Y.H.Mәmmәdәliyev ad. Neft-Kimya Proseslәri İntunda böyük vә aparıcı elmi işçi (1981–97) işlәmiş, 1997 ildәn laboratoriya müdiri vәzifәsindә çalışır. Tәdqiqatları naften karbohidrogenlәrin oksidlәşmә, dehidrogenlәşmә, dehidroalkillәşmә, izomerlәşmә reaksiyalarının qanunauyğunluqlarının öyrәnilmәsinә; beşvә altıüzlü alitsiklik ketonların vә laktonların alınma üsulları vә texnologiyalarının işlәnib hazırlanmasına hәsr edilmişdir. 260 elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.