ƏLİMİRZƏYEV Xalid Əlimirzә oğlu (16.1.1932, indiki Qәbәlә r-nunun Qәmәrvan k. – 30.1.2016, Bakı) – Azәrb. әdәbiyyatşünası. Filologiya e.d. (1972), prof. (1974). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1956). 1963–2016 illәrdә Azәrb. Dövlәt Un-tindә (indiki BDU) pedaqoji fәaliyyәt göstәrmişdir (1974 ildәn Azәrb. әdәbiyyatı tarixi kafedrasının prof.-u). 1992–93 illәrdә Azәrb. Resp. tәhsil nazirinin birinci müavini işlәmişdir. Tәdqiqatları, әsasәn, C.Mәmmәdquluzadә irsinin öyrәnilmәsinә, klassik vә müasir Azәrb. әdәbiyyatının әdәbi-nәzәri problemlәrinә, әdәbiyyatşünaslığın müxtәlif mәsәlәlәrinә hәsr olunmuşdur. 300-dәn çox elmi әsәrin, o cümlәdәn bir çox monoqrafiya vә kitabın müәllifidir.