ƏLİMOV Əhmәdxan Kәrimxan oğlu (1.4.1931, Qusar r-nunun Mucuq k. – 22.12.2014, Bakı) – Azәrb. geoloqu, geologiya-mineralogiya e.d. (1989), prof. (1991). 1957 ildә Azәrb. Sәnaye İn-tunu (indiki ADNSU) bitirmişdir; hәmin ildәn ömrünün sonunadәk Azәrb. Hidrotexnika vә Meliorasiya ETİ-dә texnik, mühәndis, baş elmi işçi, “Meliorativ hidrogeologiya” laboratoriyasının müdiri vәzifәlәrindә işlәmişdir. Tәdqiqatları torpaqların vә yeraltı suların istilik, su-duz rejiminin, kollektordrenaj sularının coğrafiyası vә formalaşması qanunauyğunluqlarının, meliorativ tәdbirlәrin hidrogeoloji şәraitә tәsirinin öyrәnilmәsinә aiddir. 1980 – 95 illәrdә Azәrb. Neft vә Kimya İn-tunda pedaqoji fәaliyyәt göstәrmişdir. 168 elmi әsәrin, o cümlәdәn 3 monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Əsәrlәri: Şimali Muğanın qrunt sularının meliorasiya ilә әlaqәdar olaraq rejim vә balansı. B., 1997; Meliorativ-hidrogeoloji proqnozların әsaslandırılmasında hidrogeoloji proseslәrin rolu vә suduz balansının qidalanma mәnbәlәrinin miqdarca qiymәtlәndirilmәsi. B., 2001; Xәzәr hövzәsinin ekoloji problemlәri. B., 2007.