ƏLİNAĞILAR – Azәrb. Resp. Gәdәbәy r-nunda kәnd. Əlinağılar ә.d.-nin (Əlinağılar, Arısu k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn 13 km c.-q.-dә, Arısu çayının (Şәmkir çayının qolu) sahilindә, dağlıq әrazidәdir. Əh. 916 (2015); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, klub, poçt, tibb mәntәqәsi var.