ƏLİNCƏ – Azәrb. Resp. Culfa r-nunda (Nax. MR) kәnd. Əlincә ә.d.-nin (Əlincә, Xoşkeşin k.-lәri daxildir) mәrkәzi. R-n mәrkәzindәn vә d.y. st.-ndan 35 km şm.-da, Əlincәçayın sağ sahilindә, Zәngәzur silsilәsinin yamacındadır. Əh. 726 (2011); üzümçülük, әkinçilik, heyvandarlıqla mәşğuldur. Tam orta mәktәb, klub, 2 kitabxana, feldşer-mama mәntәqәsi, poçt, ATS var.