Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏLİNCƏ QALASI

    ƏLİNCƏ QALASI, Əli̇ncәqala, Əlincә, Alanci k, Alıncaqala – Azәrb. Resp. qala. Culfa r-nunda (Nax. MR), Əlincәçayın sağ sahilindә, sıldırım dağ zirvәsindәdir. Qәdim mәnbәlәrdә “Erincaq”, “Alancik”, “Alınca”, “Alancuq” vә s. kimi qeyd olunur. Ə.q.-nın adı tәdqiqatçıların fikrincә, qәdim türk dilindә “düzәnlik”, “meydan” mәnasında işlәdilәn “alan” sözündәndir. Bu, qalanın yerlәşdiyi kiçik sahәnin meydançaya bәnzәmәsi ilә әlaqәdardır. Xalq etimologiyasına görә isә qalanın adı “Əlincәr”, yәni “әlini çәk” kimi yozulur. Ə.q.-nın tikilmә tarixi haqqında müxtәlif fikirlәr mövcuddur. Bir qrup tәdqiqatçı onu 2 min il әvvәlә, digәrlәri isә 3 – 7 әsrlәrә (Sasani dövrünә) aid edirlәr. “Kitabi-Dәdә Qorqud” dastanında Ə.q. istehkam kimi tәsvir olunur. Ə.q. haqqında tarixçilәrdәn Asoğik (928–1019), Nәsәvi (13 әsr), Şәrafәddin Əli Yәzdi (15 әsr), İspaniya sәfiri Klavixo (15 әsr), Evliya Çәlәbi (17 әsr) vә b. mәlumat vermişlәr.

    Ə.q.-nın divarları Əlincә d.-nın әtәklәrindәn başlayaraq pillәlәr şәklindә yuxarıya doğru ucalır vә onun zirvәsini bütünlüklә әhatә edir. Qalanın qәdim bәndi әtraf kәndlәrdәn gәtirilmiş iri daşlardan vә bişmiş kәrpicdәn hörülmüşdür. Ş. yamacında yarımdairәvi bürclәri olan 3, q. yamacında isә 8 divarın xarabalığı qalmışdır. Qala qapısı Xanәgah k. tәrәfdәdir. Qalaya gedәn yolların üstündә vaxtilә mühafizә mәqsәdilә tikilmiş gözәtçixana, sәngәr vә bürclәr olmuşdur. Ə.q., әsasәn, 3 geniş sahәdәn (ş., şm.-q. vә c.-q.) ibarәtdir; ş. sahәsindәn şm.-q. vә c.-q. sahәlәrinә qalxmaq üçün daş pillәlәr qoyulmuşdur. Qalanın kiçik şәhәrciyi xatırladan yuxarı hissәsindә bişmiş kәrpicdәn tikilmiş çoxlu yaşayış vә ictimai binaların xarabalıqları vә bünövrә daşları nәzәrә çarpır. Qala rәislәrinin vә iri feodalların yaşayış yeri olmuş bu sahә “Şahtaxtı” adlanır. Ə.q.-nda feodallara mәxsus gözәl saray vә binaların qalıqları 19 әsr әdәbiyyatında tәsvir olunmuşdur. Qalada vaxtilә ilxı vә malqara saxlamaq, 600-ә qәdәr döyüşçünü atı vә hәrbi sursatı ilә yerlәşdirmәk mümkün idi. Ayrı-ayrı yerlәrindә 7-dәk su hovuzu qazılmış, tәpәnin yuxarısındakı qayada xüsusi arxlar (şırımla r; bu arxlara qayanın zirvәsindәn yağış vә qar suları toplanırdı) çapılmışdır. Qalada әsaslı arxeoloji qazıntı işlәri vә tәsadüfi tapıntılar nәticәsindә bir sıra maddi-mәdәniyyәt qalıqları – saxsı qab fraqmentlәri, sikkәlәr, tikinti materialları vә s. әldә edilmişdir; şirsiz vә şirli saxsı qab qırıqları, әsasәn, 9 –11 әsrlәrә aiddir. Onların üzәrindә müxtәlif nәbati naxışlara vә heyvan (quş, ceyran, maral, ilan, balıq vә s.) tәsvirlәrinә tәsadüf edilir. Şirli qabların әsas naxışları hәndәsi fraqmentlәrdir. Tapılmış yüksәk keyfiyyәtli seladon saxsı qab parçası nәzәri cәlb edir. Tәdqiqatçıların fikrincә, seladon qablar Azәrb.-a Böyük İpәk Yolu vasitәsilә Çindәn gәtirilirdi.

    Eldәnizlәrin hakimiyyәti dövründә Ə.q.-nın әhәmiyyәti artmış, hökmdar ailәsinin sığınacaq yerinә çevrilmişdi. Naxçıvan hakimi Zahidә xatının iqamәtgahı vә Eldәnizlәrin xәzinәsi Ə.q.-nda yerlәşirdi. 1225 ildә Cәlalәddinin Azәrb.-a hücumu zamanı Eldәnizlәr dövlәtinin hökmdarı Özbәk [1210–25] Ə.q.-na sığınmış vә burada öldürülmüşdür. Ə.q. 13–14 әsrlәrdә Hülakuların, 14 әsrin ikinci yarısında Cәlairilәrin hakimiyyәti altında olmuşdur. Hakimlәrindәn Sultan Tahirin, kutvallarından (qala rәisi) Uztәmurun (1343), Xacә Cövhәrin (1390), әmir Altunun (1390), Seyid Əlinin, Hacı Salehin vә Əhmәd Oğulşayinin (1401) adları bәllidir. 14 әsrin 80–90cı illәrindә Ə.q. Teymura qarşı mübarizәdә әsas istinadgaha çevrilmiş vә 14 il müdafiә olunmuşdur. Teymurun gәlmәsini eşidәn Cәlairi Sultan Əhmәd [1382–1410] ailәsini, xәzinәsini vә yaxınlarını Ə.q.-nda yerlәşdirib Bağdada çәkilmişdi. Teymur 1386– 1401 illәrdә Ə.q.-na 4 dәfә yürüş etmişdir. İlk yürüş (1386) zamanı qala әtrafında şiddәtli vuruşma getmiş, qalanın aşağı sәngәrlәri tutulmuş, müdafiәçilәr daha yuxarı sәngәrlәrә çәkilmişlәr. Teymurun oğlu Miranşah Ə.q.-nı mühasirәyә almış (qalanın müdafiәsinә Cәlairi әmiri Altun başçılıq edirdi), müdafiәçilәrin su ehtiyatı tükәnmişdi. Qaladakılar tәslim olmağa hazırlaşarkәn güclü yağış yağmış vә su qıtlığı aradan qalxmışdı. 1387–92 illәrdә müdafiәçilәr Teymurun Azәrb.-da olmamasından istifadә edәrәk 4 dәfә Tәbrizә hücum etmiş, bunların üçündә (1388, 1390, 1391) şәhәri tuta bilmişlәr. 1393 ildә Teymurun 40 minlik qoşununun Ə.q.-na hücumu әrәfәsindә qala müdafiәçilәrindәn bir dәstә Altunun başçılığı ilә oradan çıxmışdı. Geri döndükdә Teymurun qoşunu tәrәfindәn qalanın tutulduğunu görmüş, onlara hücum edib böyük itkiyә mәruz qoymuşlar: 4 tümәn әmirindәn ikisi öldürülmüş vә müdafiәçilәr qalaya daxil olmuşlar. 1397 ildә Şәkinin vә gürcülәrin birlәşmiş qoşunları Ə.q.-na hücum etmiş vә Teymuri sәrkәrdәsi Sultan  Sәncәri  mәğlubiyyәtә uğradaraq, Sultan Əhmәdin oğlu Sultan Tahiri mühasirәdәn çıxarıb Bağdada göndәrmişdilәr. Qalanın müdafiәsinә bir müddәt Seyid Əli, Hacı Saleh vә 3 nәfәr gürcü aznauru başçılıq etmişdi. 1399 ildә Teymur Ə.q.-na üçüncü dәfә (5–6 әmirin başçılığı ilә) qoşun göndәrmişdi. Onun hücumu әrәfәsindә aralarında yaranmış ixtilafa görә Sultan Tahir növbәti hәrbi sәfәrdәn qayıdan Altunu qalaya buraxmamışdı. Bәzi әmirlәr vә döyüşçülәr Tahirdәn üz döndәrib qalanı tәrk etmişdilәr. Vәziyyәtin ağırlaşdığını görәn Tahir xәzinәni yığışdırıb Bağdada qaçmışdı. Teymur qalaya daxil olmuş vә qalanın kutvalı Əhmәd Oğulşayi öldürülmüşdü. Teymurun ölümündәn (1405) sonra Ə.q. yenidәn Cәlairilәrin, sonra isә Qaraqoyunluların hakimiyyәti altına keçmişdi. Qardaşı Cahanşahla hakimiyyәt uğrunda mübarizә aparan Qaraqoyunlu hökmdarı İsgәndәr oğlu Qubad Mirzә tәrәfindәn öldürüldükdәn sonra Cahanşah Ə.q.-nı әlә keçirmişdi. Bir müddәt Ağqoyunluların, sonralar isә Sәfәvilәrin hakimiyyәtindә olan Ə.q. ara çәkişmәlәri vә müharibәlәr nәticәsindә dağılmışdı.

    Ялинъя галасы.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç