ƏLİNCƏ NAHİYƏSİ – 18 әsrin әvvәllәrindә Osmanlıların idarәsindә olan Naxçıvan sancağının 14 nahiyәsindәn biri. “Naxçıvan sancağının müfәssәl dәftәri”ndәn aydın olur ki, bu dövrdә Ə.n. 28 yaşayış mәntәqәsini әhatә etmişdir. Əhalisi etnik deyil, dini mәnsubiyyәtinә görә qruplaşdırılmışdı; әhalinin böyük әksәriyyәti müsәlmanlar (Azәrb. türklәri) idi. Nahiyәnin illik gәliri 243.164 akçaya çatırdı. Bu, Naxçıvan sancağının illik gәlirinin 9,3%ini tәşkil edirdi.